25 
Okt
2024
20:50
344

"InterPress" "24News" və "Aktual" 26 okyabr seçkiləri ilə bağlı bəyanat yayır

Sabah, 26 oktyabr tarixində ölkəmizdə tarixi parlament seçkiləri keçiriləcək. Aktual.ge, 24News.ge və Interpress.ge-nin bütün əməkdaşları prosesi yaxından izləyəcək və hər zaman olduğu kimi, oxucularına və izləyicilərinə obyektiv xəbər verəcəklər. Sözügedən media qurumları seçki təbliğat-təşviqat kampaniyası başladığı gündən bəri fövqəladə rejimdə fəaliyyət göstərir, seçkilərlə bağlı əhaliyə geniş məlumatlar təqdim edirlər.

26 Oktyabr seçki günü üçün MSK-da rəsmi akreditasiyadan keçən əməkdaşlarımız, yeni məlumatları sizlərə çatdırmağa çalışacaq və seçki məntəqələrindən canlı yayımlar edəcək.

Əlavə olaraq qeyd edirik ki, əgər partiya və ya onların tərəfdarları, yaxud da fərqli qruplar əməkdaşlarımıza qarşı hər hansı hücum və ya təzyiq edərsə, dərhal aidiyyatı qurumlara məlumat veriləcək və media qurumlarımızın hüquqşünasları hüquqi müstəvidə bütün proseslərin başlanılmasına start verəcək.

Bu bəyanatın məqsədi, ötən seçkilərdə əməkdaşlarmıza qarşı yaşanan təzyiq və təhdidlərin təkrarlanmamasıdır. MSK əməkdaşlarına, bütün siyasi partiyalara, fiqurlara, o cümlədən tərəfdarlarına seçki günü media mənsublarına peşə fəaliyyətini yerinə yetirmək üçün hörmətlə yanaşmağa çağırırıq.

Bizimlə əlaqə saxlayın