26 
Okt
2024
15:28
430

MSK: 69 saylı Marneuli seçki məntəqəsinin məlumatları etibarsız hesab edilib

"Dairə Seçki Komissiyası dərhal iclas keçirib və 69 saylı Marneuli seçki məntəqəsinin məlumatları etibarsız hesab edilib - məntəqədə proses dayandırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Natia Yoseliani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Marneuli dairə seçki komissiyası həmin yerə gedib və faktı öyrənib.

“Marneuli Dairə Seçki Komissiyası hadisə yerinə gedib, faktı öyrənib. Hadisə yerində proses dayandırılıb. Dərhal Dairə Seçki Komissiyasının iclası keçirilib və sözügedən məntəqənin [69 saylı Marneuli seçki məntəqəsi] məlumatları etibarsız hesab edilib.

Sosial şəbəkələrdən məlumatımız var və videoya baxmışıq ki, sözügedən şəxs seçki məntəqəsində nümayəndə vəsiqəsini taxıb, lakin onun hansı subyektin nümayəndəsi olması ilə bağlı daha ətraflı məlumat verə bilərik və məlumatı daha sonra sizə təqdim edəcəyik. Prosesin dayandırıldığı ərazidə daha proses davam etməyəcək”, - deyə Natia İoseliani bildirib.

Məlumat üçün bildirək ki, “Transparency International Georgia” təşkilatının icraçı direktoru Eka Qiqauri sosial şəbəkədə Marneulinin 69 saylı məntəqəsində qanun pozuntusunun olduğunun göründüyü videoçarx yayımlayıb.

Xüsusilə də videoda bir şəxsin seçki qutusuna bir neçə bülleten atması əks olunub.

Bundan əlavə, “Gürcüstanın Avropa Orbiti”nin yaradıcısı Nino Lomjariyanın dediyinə görə, bülletenlərin fotosunu çəkən şəxs fiziki təzyiqə məruz qalıb.

“Marneulinin 69-cu məntəqəsində müşahidəçimiz yuxarıda qeyd olunan kadrı çəkərkən fiziki təzyiqə məruz qalıb”, - Lomjaria yazıb.

Sözügedən faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədləri: seçki siyahıları, protokollar, seçki bülletenləri, qeydiyyat jurnalları və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutan 164-3-cü (seçki saxtakarlığı) maddəsi ilə araşdırma başlayıb. Sözügedən qanum pozuntusu iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın