26 
Okt
2024
18:06
421

Bölgələr üzrə seçici fəallığı necədir?

Saat 17:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 50,6 faiz təşkil edib, 1 milyon 768 min 816 seçici məntəqələrə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Bölgələr üzrə faiz bölgüsü aşağıdakı kimidir: Sameqrelo-Zemo Svaneti - 47,84%; Tbilisi - 52,42%; Kaxeti – 51,33%; Mtsxeta-Mtianeti - 51,93%; Kvemo Kartli - 42,29%; Şida Kartli - 50,67%; Samtsxe-Cavaxeti – 52,38%; Raça Leçxumi - 61,81%; İmereti -51,26%; Quriya - 53,74%; Acarıstan - 53,05%.

Bundan başqa, MSK-nın məlumatına görə, 2012-ci ildə parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı 53,03%, 2016-cı ildə 42,04%, 2020-ci ildə isə 45,77% təşkil edib.

Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri keçirilir, oktyabrın 26-da keçiriləcək seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Gürcüstanda bütün ölkə üzrə 3044 məntəqə, o cümlədən müstəsna hallarda yaradılmış 13 məntəqə açılıb, onlardan 12-si penitensiar müəssisələrdə, biri isə psixi sağlamlıq mərkəzində yerləşir.

Bizimlə əlaqə saxlayın