Xaricdə sayılan 52 seçki məntəqəsinin nəticələri açıqlanıb.
InterPress.ge xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İlkin məlumatlara görə, xaricdə açılmış 52 seçki məntəqəsinin nəticələrinə əsasən, “Dəyişiklik Koalisiyası - Qvaramiya, Melia, Girçi, Droa” 29,076% səslə (5489 səs) liderdir.
İkinci yerdə 20,839% səs (3934 səs) toplayan "Birlik - Milli Hərəkat"dır“.
Demokratik Gürcüstan gürcü arzusu”nun nəticəsi 17,735% (3348 səs) təşkil edir.
“Güclü Gürcüstan – Lelo, xalq üçün, azadlıq üçün” 14,053% (2653 səs) toplayıb.
“Gürcüstan Naminə ” partiyası isə 8,449% səs (1595 səs) qazanıb.
Məlumat üçün bildirək ki, xaricdə 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb.
