27 
Okt
2024
21:45
758

Ceyhun Məhəmmədəli: "Əsl mübarizə indi başlayır, tərəzidə ölkənin taleyi durur"

Birlik-Milli Hərəkatın üzvü Ceyhun Məhəmmədəli bildirib ki, müxalifət seçkilərin nəticələrini tanımır və tanımayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Gürcüstanda parlament seçkilər baş tutmadı! Dünən "Gürcü Arzusu" sadəcə olaraq xalqın səslərini özlərinə uyğun şəkildə öz xeyrinə yazdı və bununla da ölkədə seçki saxtakarlığının yeni rekorduna imza atdı! 

Başqalarının şəxsiyyət vəsiqəsi ilə dəfələrlə səs vermələr, 15, 20 ,30 və 50 lariyə səsləri almalar, insanları biznesləri ilə hədələməklə səs verdirmələr, məntəqələrdə məmurların və naməlum xuliqanların müxalifət nümayəndələrini, media nümayəndələrini və müşahidəçiləri döyüb al-qana boyamaları, səsləri qutuya qalaqla doldurmaqlar, seçicilərin kütləvi şəkildə şəxsiyyət vəsiqələrinin məmurlar tərəfindən toplanılması, məntəqələrdə naməlum şəxslərin nəzarətləri, kriminal aləmin seçicilərə təzyiqləri və daha nələr...bütün bunların fonunda demokratik seçkilər necə baş tuta bilərdi? 

Məhz buna görə də ölkədə keçən seçkiləri müxtəlif tanımır və tanımayacaq. Əsl mübarizə indi başlayır, ümidsizlik vaxtı deyil, tərəzidə ölkənin taleyi durur.....", - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın