10 
Sen
2020
19:49
2173

Amiran Qamğrelidze valideynlərə və məktəb rəhbərlərinə müraciət edir

"Hərarəti və ya respirator sindromu olan uşağın valideyni tərəfindən məktəbə getməsinə icazə verilməməlidir, bununla birlikdə məktəb rəhbərliyi məktəbləri davamlı termoskrininqlə təmin etməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze valideynlərə və məktəb rəhbərlərinə tövsiyələr verir.

""Xüsusilə indi, ölkədə təhsilin başlaması ilə əlaqədar bir həftədə hərəkətlilik artdıqda, valideynlərə müraciət edirəm ki, qızdırma və ya tənəffüs sindromu olan bir uşağı məktəbə göndərməyin, 112-yə zəng edin və həkimə müraciət edin. Bundan başqa məktəb rəhbərliyinə müraciət edirəm ki, hər bir şagird davamlı termoskrininqdən keçirilsin və yüksək temperaturlu uşağın məktəbə daxil olmağa icazə verməsinlər. Bu çox vacibdir", - deyə Qamğrelidze qeyd edib.

Ali təhsil müəssisələrinə gəlincə , Amiran Qamğrelidzenin bildirdiyinə görə, həm lektorlarlar həm də tələbələr maska taxmalıdırlar.

"Məktəblərdə hər gün təmizlik işləri aparılmalıdır, tədris prosesində məsafə saxlanılmalıdır. Təhsil ocaqlarında hibrid təhsil modelindən geniş istifadə etmək çox önəmlidir", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın