28 
Okt
2024
18:24
236

"Bu gün qanuni və dinc etiraz olacaq" - Prezident

"Aydındır ki, bu gün bu, qanuni və dinc etiraz olacaq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Reuters agentliyinə müsahibəsində bildirib.

Prezidentin qeyd etdiyinə görə, gürcü xalqı Avropa gələcəyini qorumaq istədiyini bildirir və bunu öz seçimlərində əks etdirir.

"Bu axşam etiraz deyil, gürcü xalqının Avropa gələcəyini qorumaq istədiyinin ifadəsidir və onlar buna səs veriblər. Bu, bir saat ərzində dəyişmiş exit-poll nəticələrində də özünü büruzə verib", - prezident deyib.

O qeyd edib ki, etiraz aksiyası dinc xarakter daşıyacaq və onun prezident və yeganə müstəqil qurum kimi rolu ölkədə sabitliyi pozmamaqdır.

“Mənim rolum avropalı və amerikalı tərəfdaşlarımızın köməyi ilə Gürcüstanın Avropa gələcəyini qorumağa çalışmaqdır, çünki əks halda biz hakim partiyanın təkpartiyalıq diktaturası ilə seçki proqramını həyata keçirməsini görəcəyik”, - prezident bildirib.

Onun sözlərinə görə, müxalifətin strategiyası qismən avropalı tərəfdaşların köməyi ilə yeni seçkilərin keçirilməsi tələbi ola bilər.

Bizimlə əlaqə saxlayın