Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Orban: Gürcüstanda seçkilərin demokratik keçdiyini heç kim inkar edə bilməz

471
Orban: Gürcüstanda seçkilərin demokratik keçdiyini heç kim inkar edə bilməz
Dinləmək üçün basın

Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.

Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.

InterPress.ge xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə baş nazir İrakli Kobaхidze ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Gürcüstanda seçkilərin nəticələri danılmazdır, onlar azad və demokratik keçib. Avropada hələ mübahisələr olacaq, bunu ciddi qəbul etmək lazım deyil. Əgər liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, demokratiya var. Mühafizəkarlar qalib gəlirsə, demokratiyanın olmadığını bildirirlər. Bu, adi haldır", - o vurğulayıb.

Macarıstanın Baş naziri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabrda keçirilən seçkilərin nəticələrinə əsasən, hakim partiya 53,93 % səs toplayıb.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →