Ukrayna dağıntı müharibəsi, Moldova hibrid müharibəsi ilə üz-üzədir. Gürcüstanda azad və ədalətli seçkiləri oğurlayırlar. Bütün bunların arxasında Rusiya imperializmi dayanır.
InterPress.ge xəbər verir ki, bu barədə Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Maykl Rot X-də yazıb.
Onun sözlərinə görə, Rusiyanın məqsədi Şərqi Avropada demokratiyanı məhv etməkdir.
“O, Şərqi Avropadakı gənc demokratiyaları məhv etmək istəyir. Sadəcə müşahidə edək, yoxsa nəhayət oyanaq?- '' Rot yazır.
