Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili siyasətçi Azad Kərimovun seçkilər zamanı şiddətə məruz qalması ilə bağlı məktub yazıb.
InterPress.ge xəbər verir ki, üçüncü prezidentin məktubunu Azad Kərimov paylaşıb.
"Azad qardaşım
Göstərdiyin qəhrəmanlığa görə təşəkkür edirəm. Zərər çəkdiyinə görə çox narahat oldum. Sənin cəsur hərəkətini heç vaxt unutmayacam. Biz qalib gələcəyik.
Qardaş salamı", - deyə Saakaşvili yazıb.
