01 
Nybr
2024
11:27
216

Mədəniyyət naziri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub

Gürcüstanın mədəniyyət və idman naziri Tinatin Ruxadze Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

InterPress.ge xəbər verir ki, nazir muzeyin direktoru Leyla Əliyeva və kollektivlə birlikdə binaya baxış keçirib, tələbatla tanış olub və nazirliyin muzeyə dəstəyini bir daha təsdiqləyib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi Gürcüstan və Azərbaycan arasında mədəni körpüdür. 1982-ci ildə onun 170 illik yubileyi münasibətilə Tbilisidə Mirzə Axundovun yaşadığı binada dahi Azərbaycan dramaturqu, ictimai xadim və yazıçısının muzeyi açılmışdır. 

Mirzə Axundovun həyatı Gürcüstanla sıx bağlıdır. 1834-cü ildən Axundov daimi olaraq Tbilisiyə köçür və vəliəhd kanslerliyində Şərq dillərindən tərcüməçi kimi fəaliyyətə başlayır. Eyni zamanda Tiflis paroxiya məktəbində pedaqoji işlə məşğul olub, türk və fars dillərindən dərs deyib. Axundovun yaradıcılığı Azərbaycan və Yaxın Şərq ədəbiyyatının, ictimai fikrin inkişafında böyük rol oynayıb.


 

Bizimlə əlaqə saxlayın