Məhkəmə Rövşən İsgəndərov və digər şəxs haqda qərar qəbul etdi
Marneulidəki 69 saylı seçki məntəqəsində seçki qutusuna bülleten atdıqlarına görə həbs edilən şəhər şurası sədrinin müavini Rövşən İskəndərov və Əkbər İskəndərov barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, hakim Qvantsa Çikovaninin təsdiq etdiyi prosesdə müvafiq vəsatət ittiham tərəfi tərəfindən verilib.
Təqsirləndirilən şəxslərin vəkilinin sözlərinə görə, iş saxtakarlıq deyil, prosessual pozuntularla bağlı ola bilər.
“Təqsirləndirilən şəxsin mövqeyi ondan ibarətdir ki, biz saxtakarlıq faktı ilə məşğul olmuruq, amma ola bilsin ki, biz prosedur pozuntuları ilə məşğul olmuşuq. İşdə təqsirləndirilən şəxslərin qutuya atdığını sübut edəcək heç bir saxta bülleten təqdim edilməyib , - vəkil bildirib.
Prokurorun sözlərinə görə, işdə olan sübutlar, o cümlədən videoyazılar hər iki təqsirləndirilən şəxsin seçki qutusuna bülleten atdığını təsdiq edir.
Sözügedən cinayət işinin məhkəməyə hazırlıq iclası bu il dekabrın 25-də, saat 14:00-a Bolnisi məhkəməsində təyin edilib.
Məlumat üçün bildirək ki, bülletenləri qanunsuz olaraq seçki qutusuna atdıqlarına görə həbs edilən Şəhər Şurası sədrinin müavini Rövşən İskəndərov və Əkbər İskəndərov ötən gün Gürcüstan Cinayət Məcəlləsinin 164³ (Seçki saxtakarlığı) maddəsi ilə ittiham olunublar.


