Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ilk dəfə saat 04:08-də Tbilisidən 51 kilometr aralıda, Dmani şəhəri yaxınlığında qeydə alınıb və onun gücü 3,1 bal olub.
İkinci zəlzələ isə saat 05:32-də baş verib və episentri Yava qəsəbəsi olub. Zəlzələ 3,9 bal gücündə olub.
.jpg)