Gürcüstanda neçə nəfərin pensiya krediti götürdüyü açıqlanıb
Gürcüstanda 301 min pensiyaçı və sosial yardım alan pensiya krediti götürüb.
InterPress.ge xəbər verir ki, bu, “Liberty Bank”ın Milli Banka təqdim etdiyi 2024-cü ilin üçüncü rübünün maliyyə hesabatından aydın görünür.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pensiya krediti istifadəçilərinin sayı 53 min nəfər azalıb.
Kreditlərin ümumi sayının azalmasına baxmayaraq, kredit portfelinin həcmi artaraq 423 milyon lari olub. Bu, Liberty Bank-ın 2,6 milyard larilik kredit portfelinin 15,5%-ni təşkil edir.
Maliyyə hesabatından aydın olur ki, bir pensiya kreditinin orta ölçüsü 1402 lari təşkil edir. Bundan əlavə, III rüb ərzində verilmiş pensiya kreditləri üzrə orta çəkili nominal faiz dərəcəsi 24,7% təşkil edib. Statistik məlumatlardan da aydın olur ki, bu kreditlərin orta effektiv dərəcəsi birinci rüblə müqayisədə 0,7 faiz bəndi azalıb.
Məlumat üçün bildirək ki, 2022-ci ilin mayında “Liberty Bank” növbəti dəfə dövlətin elan etdiyi tenderin qalibi olub və növbəti 7 il üçün pensiyaların verilməsi hüququnu əldə edib. Bu xidmətdə bank hər il dövlətdən 15 milyon lari, yəni ümumilikdə 105 milyon lari alacaq.


