Avropalı deputat Marneulidə seçki qutusuna bülletenlərin atılması haqqında danışıb
“Marneulidə əsl saxtakarlıq festivalı var idi... bülletenlərin kütləvi atılması, səslərin alınması, hədə-qorxu gəlmək faktlarını gördüm, bir çox vətəndaşın şəxsiyyət vəsiqələrini əlindən aldılar...”
InterPress.ge xəbər verir ki, oktyabrın 26-da Gürcüstanda keçirilən seçkiləri müşahidə edən Fransanın keçmiş Avropa məsələləri üzrə naziri, hazırda Avropa Parlamentinin deputatı Natali Loiseau Fransa mətbuatında bu haqda danışıb.
- Qanunvericilik seçkilərində müşahidəçi kimi iştirak etdiyiniz Gürcüstandan təzə qayıtmısınız. Deyirsiniz ki, saxtakarlıqlar, təhdidlər olub. Yəni bunun nə demək olduğunu bizə izah edin, hər şey necə baş verdi?
- Mən bütün saxtakarlıq palitrasını gördüm. 10 seçki bürosunu müşahidə etmişəm.500-ə yaxın müşahidəçi idik. Tbilisinin ətraf rayonlarından birində olmuşam və Gürcüstanın cənub-şərqindəki prosesləri də müşahidə etmişəm. Marneulidə əsl saxtakarlıq festivalı olub.
- Yəni saxtakarlıq festivalı?
- Bəli, saxtakarlıq. Bəli, bülletenlər köhnə dövrlərdəki kimi qutulara atılırdı. “Gürcü arzusu”ndan bir adam gəldi, bülletenləri gətirdi və birbaşa doldurdu. Var gücü ilə itələyirdi, çünki bülletenlər sığmırdı, o qədər çox atırdı.
- O, bunu müşahidəçilərin gözü qarşısında edirdi?
- Bəli, xarici təşkilatların qarşısında və mən də həmin vaxt çöldə idim və içəri girirdim. Boynunda tünd qırmızı ləkələri olan bir oğlan əlimdə qaldı. İnanılmaz qarışıqlıq və anlaşılmazlıq var idi. Mən seçki məntəqəsindən kənarda səslərin alınması, birbaşa rüşvətxorluq hallarının baş verdiyini gördüm, bunu lentə aldıq. Bilirsiniz necə oldu?! Çöldə böyük stollar var idi, orada çay təklif edir, stolun altından pul verirdilər.
Səsvermə kabinəsində hər kəs öz bülleteninin şəklini çəkirdi, tamamilə hamı. Bir qadın cəsarət etmədi, sadəcə ona görə ki, bizim israrlı baxışlarımızdan utanırdı. Yəqin ki, fikirləşirdi bu alçaq avropalılar üzündən haqqlarını ala bilmirlər. Gürcüstan həbsxanalarından cinayətkarlar kütləvi şəkildə azad ediliblər, onlar seçki məntəqələrinin qarşısında dururdular, üz-üzə durmağa belə cəsarət etmirdik, əllərində seçkiyə gəlib-gəlməyənlərin siyahısını tuturdular. Ailə üzvlərindən heç biri seçki məntəqəsinə gəlməyincə ailə başçısına zəng edərək hesabat istəyirlər. Hardasan? Saatdan xəbərin var? Və bütün bunlar gözümüzün qabağında baş verirdi, mən orada olmayanda nə baş verdiyini təsəvvür etməyə belə cəsarət etmirəm. Bir çox vətəndaşın şəxsiyyət vəsiqələri əlindən alınıb. Çoxları əlində başqasının şəxsiyyət vəsiqəsi ilə getdi, səs verdi, bir daha deyirəm, bu, bizim gözümüzün qarşısında olurdu. Elə bir hal olub ki, kişi qadının şəxsiyyət vəsiqəsi ilə gəlib, ona dedik ki, yox, qadının sənədi ilə səs verə bilməzsiniz. Ancaq əmin idim ki, mən arxaya çevrilən kimi eyni şey təkrarlanacaq və daha da pis olacaq.


