Qocalar evində baş verən yanğında iki nəfər ölüb
Muxrani qocalar evində baş verən yanğında iki benefisiar ölüb.
InterPress.ge xəbər verir ki,bu barədə Dövlət Qayğı Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, daha 2 benefisiar xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Muxrani sığınacağından faydalananların hamısı müvafiq yoxlamalardan keçərək müxtəlif sığınacaqlara köçürülüblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
"Muxrani Savane, "Muxrani Qocalar Sığınacağı" MMC-də baş vermiş yanğın nəticəsində iki benefisiar həlak olub. İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Qayğısı Agentliyi faciəvi hadisə ilə bağlı dərin hüznlərini bildirir. Hadisə ilə bağlı mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
Sığınacaqda baş verən yanğın nəticəsində 2 benefisiar da xəsarət alıb və onlar tibb müəssisəsinə yerləşdirilib.
Mixeil Sarjveladze yerli hökumət nümayəndələri ilə birlikdə yaralılara baş çəkib, onların sağlamlıq vəziyyəti ilə tanış olub.
Muxrani sığınacağından faydalananların hamısı müvafiq yoxlamalardan keçərək müxtəlif sığınacaqlara köçürülüb və onlara bütün lazımi xidmətlər göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb”, - deyə məlumatda bildirilir.


