20 
Fev
2020
12:26
2938

Mixail Saakaşvili çağrış etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial mediada Vano Merabişvilinin həbsdən azad olunmasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Saakaşvili yVano Merabişvilinin uzun illər həbsdən sonra sərbəst buraxılmasını alqışlayıb.

Bununla yanaşı Saakaşvili Vano Merabişvilinin dözümlülüyü, inadkarlığı və möhkəmliyi ilə fəxr etdiyini söyləyir.

Keçmiş dövlət başçısı özünün “Facebook” səhifəsində hamını barışığa çağırıb.

“Mən Vano Merabişvilinin uzun illər həbsdən sonra sərbəst buraxılmasını alqışlayıram. Onun dözümlülüyü, inadkarlığı və möhkəmliyi ilə fəxr edirəm. İvanişvilinin mütləq sonunun gələcəyi ilə razıyam. Bu, şəxsi hisslərimizə görə deyil, Vanonın dediyi kimi, ölkəmizin tərəqqi və inkişafa ehtiyacı olduğu üçün bu rejim sona çatacaqdır. Hamını gələcək naminə birliyə çağırıram" - deyə Mixeil Saakaşvili öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri Vano Merabişvili cəzaçəkmə müəssisəsini tərk edib. Merabişvilinin cəzası bu gün başa çatdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər