09 
Nybr
2024
22:21
544

"QANUN" Hüquqi Yardım Mərkəzi vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərməyə davam edir

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsi ilə bağlı oktyabr ayının 20 və 27-də "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərdən hüquqi problemləri olan sakinlərin qəbulu keçirilib.

InterPress.ge xəbər verir ki, altıncı qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib.

Vətəndaşların problemlərinin (əfv məsələləri, qanunsuz cərimlərin silinməsi, vərəsəlik, mülkiyyət, ailə zorakılığı, və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. 

Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər. 

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +995 599 10 96 90

Bizimlə əlaqə saxlayın