Tbilisidə birinci doğum evində səhər saatlarında yeni doğulmuş körpə dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki, ailə üzvləri həkimləri biganəlikdə ittiham edir.
Məlumata görə, hamilə qadın noyabrın 10-da klinikaya yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, təbii doğuş çətinləşib və həkimlər özləri qeysəriyyə əməliyyatından imtina edərək, ailə üzvlərini buna ehtiyac olmadığına inandırıblar. Hazırda körpənin meyiti ekspertizaya göndərilib.
