12 
Nybr
2024
14:09
256

“Gürcüstanın yenidən Aİ üzvlüyünə namizəd hesab edilməsi üçün güclü dəyişikliklərə ehtiyacı var”-Borell

Gürcüstan hökumətindən fərqli olaraq, Ukraynanın Aİ-yə üzv olmaq istədiyinə şübhə yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Ukraynanın “Европейска правда” nəşrinə müsahibəsində deyib.

Borelinin sözlərinə görə, Gürcüstanın yenidən Aİ üzvlüyünə namizəd sayılması üçün ciddi dəyişikliklərə ehtiyacı var.

"Ukrayna prezidenti və hökuməti Aİ-yə üzvlükdə, eləcə də Ukrayna cəmiyyətində tam iştirak edir. Şübhə yoxdur ki, ölkəniz Aİ-yə üzv olmaq istəyir. Ukraynanın Aİ-yə üzvlüyü isə bizim  Ukraynaya edə  biləcəyimiz ən güclü təhlükəsizlik zəmanətidir. 

Gürcüstanda isə təbii ki, belə deyil. Biz Gürcüstan hökmdarlarına, Gürcüstan hökumətinə deyirdik ki, onlar Avropa yolundan uzaqlaşırlar. Əgər onlar Aİ-yə üzv olmaq istəyirlərsə, qəbul etdikləri qanunu dəyişməli, seçkilərdə üzə çıxan problemləri həll etməli, [Avropa] yoluna qayıtmalıdırlar. Onlar hətta yenidən Aİ üzvlüyünə namizəd sayılmaq üçün belə güclü dəyişikliklərə ehtiyac duyurlar”, - Borrell bildirib.

Bizimlə əlaqə saxlayın