İki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb
İşğalçılar iki Gürcüstan vətəndaşını qanunsuz olaraq Tsnelisi kəndi yaxınlığında saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
"Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Tsnelisi kəndi yaxınlığında Gürcüstanın iki vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - DTX bildirib.


