Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bu gün Avropanın liderləri maliyyə məsələsinə görə təcili toplanır

1,008
Bu gün Avropanın liderləri maliyyə məsələsinə görə təcili toplanır
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları bu gün Brüsseldə bir araya gələcək.

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları bu gün Brüsseldə bir araya gələcək.

InterPress “İnterfaks”a istinadən xəbər verir ki, onlar növbədənkənar sammitdə Aİ-nin 2021-2027-ci illər üzrə uzunmüddətli maliyyə planını (büdcəsini) müzakirə edəcəklər.

“Çoxillik maliyyə planı üzrə razılığa gəlməyin vaxtıdır”, - Aİ Şurasının prezidenti Şarl Mişel Avropa liderlərinə sammitə dəvət məktubunda bildirib.

Onun sözlərinə görə, bu məsələnin təxirə salınması ciddi praktiki və siyasi problemlər yarada bilər və bundan sonra mövcud Aİ proqramlarını davam etdirmək, həmçinin yenilərini işə salmaq çətin olacaq.

“Bu danışıqların (Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurası arasında olacaq – red.) qarşımızda duran ən çətin məsələlərdən biri olduğunu bilirəm. Ancaq əminəm ki, sağlam düşüncə və qətiyyətlə bütün avropalılara fayda verəcək razılaşma əldə edə bilərik”, - Ş.Mişel vurğulayıb.

Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciət ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →