19 
Nybr
2024
20:16
878

Etibar Eminov Çeçenistan müftisi ilə görüşüb: Putin rejiminin dəstəkçisi ilə əməkdaşlıq müzakirə edildi - FOTO

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov Çeçenistana səfəri zamanı Putin rejiminin açıq dəstəkçisi kimi tanınan Çeçenistan Respublikasının müftisi Salah Mezhiev ilə görüş keçirib. 

InterPress.ge xəbər verir ki, görüş zamanı dini əlaqələrin gücləndirilməsi və dini təhsilin inkişafı mövzularında fikir mübadiləsi aparılıb.

Salah Mezhiev Rusiya-Ukrayna müharibəsində Kreml siyasətinə bağlılığını dəfələrlə nümayiş etdirib. O, Ukraynada döyüşən çeçenlərin "cihad etdiyini" iddia etmiş, müharibədə həyatını itirənləri isə "cənnətlik" adlandırmışdı. Onun bu açıqlamaları həm dini, həm də siyasi müstəvidə geniş müzakirələrə səbəb olmuşdu.

Etibar Eminovun Salah Mezhiev ilə görüşü bəziləri tərəfindən dini əməkdaşlıq addımı kimi qiymətləndirilsə də, Mezhievin Putinə sədaqəti və müharibəyə dair radikal açıqlamaları, görüşün siyasi məzmununu da ön plana çıxarıb. 

Bizimlə əlaqə saxlayın