20 
Nybr
2024
12:23
403

” COP29 Azərbaycanda” mövzusunda tədbir keçirilib- FOTO

Tbilisidə  Azərbaycan və gürcü dillərində çap olunmuş bukletlər Bakıda keçirilən COP 29 sessiysına həsr olunmuş  dərci “Qabal İnkişafı Mərkəzi” tərəfindən kənd sakinlərinə, məktəb şagirdlərinə, gürcü ictimaiyyətinə paylanıb, həmçinin mərkəzin tələbə və gənclərinin iştirakı ilə “COP 29 Azərbaycanda” mövzusunda tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində həyata keçirilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov  toplantını giriş sözü ilə açaraq COP29-u Azərbaycanın  indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırıb.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. "Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur".

Bildirilib ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conferene of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olub.

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Tədbirin sonunda COP29-a aid suallar cavablandırılıb.



 

 

Bizimlə əlaqə saxlayın