Bolnisidə “COP 29 -Yaşıl dünya və Azərbaycan ” adlı tədbir keçirilib
Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29 bağılı maarifləndirici “COP 29 -Yaşıl dünya və Azərbaycan ” adlı tədbir keçirilib.
InterPress.gr xəbər verir ki, görüşdə çıxış edən mərkəzin ingilis dili müəlliməsi Rəqsanə Şıxıyevə bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək.İqtisadiyyatını daha da gücləndirəcək, investisiya imkanlarının arealını genişləndirəcək, turizm potensialını dərinləşdirəcək.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. "Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur".
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olub.
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.
Görüşdə tələbə və gənclərin, məktəblilərin COP29-a aid suallar cavablandırılıb.
Tədbirdə mərkəzin gənclərinə və məktəb şagirdlərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər paylanılıb.
Tədbirin sonunda COP29-a aid suallar cavablandırılıb.
.png)
.png)


