Telavi bələdiyyəsinin Vanta kəndində gecə saatlarında baş verən yol qəzasında gənc oğlan ölüb.
InterPress.ge xəbər verir ki, qəzada bir neçə nəfər də yaralanıb.
Onlar təcili tibbi yardım briqadası tərəfindən Telavi xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis səfərbər edilib.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən yüngül avtomobil əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub.
