Prezident seçkilərinin tarixini Gürcüstan parlamenti bu gün təyin etməlidir.
InterPress.ge xəbər verir ki, bununla bağlı Şalva Papuaşvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, prezidentin seçilməsi və andiçmə mərasiminin bu il baş tutması vacibdir.
“Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Biz 5 il müddətinə prezident seçməliyik. Müvafiq olaraq, 5 il müddətinə seçilən prezident olmaq üçün seçkilərin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, - Papuaşvili bildirib.
