02 
Dek
2024
17:54
376

Litva Bidzina İvanişvilinin və digər yüksək vəzifəli şəxslərinin ölkəyə girişinə qadağa qoyub

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Estoniyanın xarici işlər naziri Marqus Çaqna Litva və Estoniyaya girişi qadağan olunmuş şəxslərin siyahısını açıqlayıb.

InterPress.ge xəbər verir ki, onların arasında Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelauri də var.

İnsan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdıqlarına görə Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Çelidze, Aleksandre Daraxvelidze, Giorgi Butxuz, Zviad Xarazişvili, Miller Laqazauri, Mirzə Kezevadze, Vaja Siradze və Teimuraz Kupadadzenin Litvaya girişi qadağan edildi."- Landsbergis yazıb.

Eyni zamanda, həmin şəxslərin siyahısını Estoniyanın Xarici İşlər Naziri Marqus Çaqnada  paylaşıb və bildirib ki, Estoniya “insan hüquqlarını pozan” gürcülərin ölkəyə girişini qadağan edir.

Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Qabrielius Landbergis, Baiba Braje və Marqus Tsahkna dünən üç Baltikyanı dövlətin, Litva, Latviya və Estoniyanın  “Gürcüstanda qanuni etirazların" yatırılmasında iştirak edənlərə qarşı milli sanksiyaların  tətbiqi ilə bağlı birgə razılığa gəldiyini elan ediblər.

 

Bizimlə əlaqə saxlayın