Dekabrın 6-dək olan hava proqnozu açıqlandı
Dekabrın 6-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu gün ərzində +15, +17 dərəcəyədək yüksələcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Paytaxt Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +14, +17 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +14, +17 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +10, +13 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +3, +8 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 0, +5 dərəcə təşkil edəcək.


