Kutaisi şəhərində ikiqat dünya çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib
Cari ilin 29 noyabr və 1 dekabr tarixlərində Kutaisi şəhərində Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş U15 və U17 yaşlılar arası Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
InterPress.ge xəbər verir ki, turnirdə Gürcüstanın demək olar ki, bütün regionları ilə yanaşı Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan olan 400-dən çox idmançı iştirak edib.
Turnirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində bütün rəqiblərinəq1alib gəlib.
Qeyd edək ki, o, final döyüşündə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.


