03 
Dek
2024
15:22
293

Qabal kəndində Gürcüstanın görkəmli yazıçısı İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa keçirilib

Laqodexi rayonunun Qabal  kəndində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi” rayonun  “ Qabal Ədliyyə Evi”ndə Gürcüstanın görkəmli yazıçı, şair, publisist və ictimai xadimi İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa keçirilib.

InterPress.ge xəbər verir ki, dəyirmi masa Diaspora İş üzrə Dölət Komitəsinin dəstəyi və layihələri çərçivəsində baç tutub.

“İlya Çavçavadze və Gürcüstan” adlı tədbirdə azərbaycanlı və gürcü ziyalıları, gənclər və məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan  mərkəzin direktoru Yavər Məmmədov bildirib ki, rəhbərlik etdiyi  mərkəz tərəfindən Gürcüstanın tanınmış ədəbiyyat və ictimai xadimlərinə həsr olunan tədbirlərə ev sahibliyi etməkdən məmnundur.

Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dialoqu təşviq etməklə yanaşı, iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verir.  

“Gürcü millətinin mənəvi atası adlandırılan İ.Çavçavadze azərbaycanlılara qarşı rəğbəti ilə seçilib. “İlya Çavçavadze redaktoru olduğu “İveriya” qəzetində Azərbaycan atalar sözləri, maarifpərvər şair və mütəfəkkir Mirzə Şəfi Vazehin kəlamlarını dərc etdirib. Onun dostu və silahdaşı Akaki Tsereteli Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını tərcümə etməyə başlayanda bu barədə həmin qəzetin səhifələrində məlumat verilib. “İveriya”da İ.Çavçavadze müəllifi olduğu və azərbaycanlılara böyük rəğbət bəslədiyini söyləyirdi və onların milli xüsusiyyətlərinə dair bir sıra məqalələr dərc edib.

O yazırdı: “Azərbaycanlılar açıq qəlbli, sakit, təmkinli, təvazökardır. Azərbaycanlı kiməsə dəyər verirsə və etibar edibsə, o, nə xəyanət, nə də xainlik edər. Azərbaycanlı onun gözündə ağılı, təcrübə və mərdliyi ilə fərqlənənə hörmət bəsləyir”,- Y. Məmmədov çıxışında qeyd edib. 

Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova   tədbir iştirakçılarına böyük gürcü mütəfəkirinin həyat və yaradıcılığı haqqında geniş məlumat veribçıxışında azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan ədəbiyyatını öyrənmələrinin əhəmiyyətindən danışıb. O, bildirib ki, Gürcüstanda İ.Çavçavadze “millətin atası” adlandırılır: “İlya Çavçavadze yalnız Gürcüstanın deyil, bütün Qafqazın gələcəyini düşünürdü. O, hərtərəfli dahi şəxsiyyət olub. 
Rayonun gürcü ziyalıları azərbaycanlı gənclərin İ.Çavçavadzenin həyat və yaradıcılığına göstərdiyi böyük maraqdan fərəh duyduğunu bildirib. Onların  sözlərinə görə, Gürcüstanın müasir azərbaycanlı gəncləri ağıllı və bacarıqlıdırlar: “Bugünkü gənclər Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkənləndirəcəklər”.

Digər natiqlər də çıxışlarında İ.Çavçavadzenin yaradıcılığından bəhs edərək onun cəmiyyətlərdə demokratikləşmə və tərəqqi ilə bağlı ideyalarının bu gün də aktual olduğunu vurğulayıblar.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər