04 
Dek
2024
17:06
232

Marneulidə etiraz aksiyası keçirilib-FOTO

Bu gün Marneulidə etiraz aksiyası keçirilib.

InterPress.ge xəbər verir ki,nümayişçilər Mərkəzi Seçki Kommisiyasının önünə doğru yürüş ediblər.

Etiraz aksiyasında QHT nümayəndələri, ictimai fəallar və müxalifət partiyalarının nümayəndələri iştirak edərək "Saxta seçkilərə yox",  " Rus rejiminə yox" , Avropaya doğru" şüarları səsləndiriblər.

Seçki Komissiyasının önünə toplaşan aksiya iştirakçıları  "Siz qara ləkəsiniz" şüarı səsləndiriblər. Daha sonra etirazçılar Marneuli Meriyasının önünə gedərək çıxışlar ediblər və hökumətə qarşı şüarlar səsləndiriblər. Onlar Tbilisidə keçirilən aksiyalar zamanı polisin dinc vətəndaşlara qarşı şiddətini pisləyib, saxlanılan etirazçılara dəstəklərini bildiriblər.

Aksiyaya hüquq-mühafizə orqanlarının əməkdaşları da səfərbər olunub.


 

Bizimlə əlaqə saxlayın