Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Aleko Elisaşvili istintaq təcridxanasına köçürülüb

285
Aleko Elisaşvili istintaq təcridxanasına köçürülüb
Dinləmək üçün basın

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Duşeti təcridxanasına köçürülüb.

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Duşeti təcridxanasına köçürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə  partiyanın mətbuat xidmətindən məlumat verilib.

Onların verdiyi məlumata görə, vəkil Elisaşviliyə baş çəkib və onun xəsarətlərinin olduğunu deyib. Xüsusilə, partiya izah edir ki, Elisaşvilinin üzündə qançırlar var.

“O, özünü ruhlandırır və sona qədər qələbənin olacağını deyir. İşə gəlincə, yayılan videogörüntülərdə Əli Babayevin Aleko Elisaşvilini çubuqla necə təqib etdiyini görmək olar və bu, Elisaşvilinin özünümüdafiə və dəf edilməsi idi”, - partiya qeyd edir.

Məlumat üçün bildirək ki, “Güclü Gürcüstan”ın liderlərindən biri Aleko Elisaşvili baryeri keçən 4 müxalifət partiyasının görüşü başa çatan vaxt “Kortiad Marriott”da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

Məlumat üçün bildirək ki, dekabrın 3-də “Gürcüstan Azərbaycanlıları Milli Konqresinin” sədri Əli Babayev “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili tərəfindən şifahi və fiziki təhqirlərə məruz qaldığını bildirib. Babayevin sözlərinə görə, hadisə dekabrın 2-də, axşam saatlarında Filarmoniyanın yaxınlığında yerləşən apteklərdən birinin yaxınlığında baş verib. Onun izahatına görə, hadisə nəticəsində onu klinikaya aparmaq lazım gəlib.

 

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →