Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Polisə hücum edən aksiya iştirakçısı saxlanılıb

233
Polisə hücum edən aksiya iştirakçısı saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyi bir nəfəri polisə hücum etməkdə ittiham edərək həbs edib.

Daxili İşlər Nazirliyi bir nəfəri polisə hücum etməkdə ittiham edərək həbs edib.

InterPress.ge xəbər verir ki, bıçaqla silahlanmış şəxs noyabrın 30-da Rustaveli prospektində mitinq zamanı Daxili İşlər Nazirliyinin əməkdaşına sağlamlığına xəsarət yetirmək məqsədilə hücum edib.

Qurumun məlumatına görə, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində bir nəfəri - 2006-cı il təvəllüdlü S.C.-ni polisə hücum etməkdə təqsirli bilərək saxlayıblar.

İstintaq müəyyən edib ki, üzərində bıçaqla silahlanmış təqsirləndirilən şəxs cari ilin noyabrın 30-da Rustaveli prospektində keçirilən aksiya zamanı Daxili İşlər Nazirliyinin əməkdaşına sağlamlığına xəsarət yetirmək məqsədilə hücum edib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları S.C.-nı Tbilisidə saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.

Daxili İşlər Nazirliyində həyata keçirilən tədbirlər çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri Cinayət Məcəlləsinin 187-ci və 353-cü maddələri ilə istintaqa cəlb olunub, hazırda 7 nəfər tutulub.

Həmçinin Cinayət Məcəlləsinin qrup zorakılığını təşkil etmə, ona rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə, zorakılıq hərəkətlərinə açıq çağırış kimi 225 və 239-cu maddələri ilə 7 nəfər həbs edilib. Partlayış hazırlamaq ittihamı ilə 1 nəfər  saxlanılıb”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →