Bu tarixədək hava əsasən yağmursuz keçəcək-PROQNOZ
Dekabrın 10-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanda havanın temperaturu gün ərzində +15, +20 dərəcəyədək yüksələcək, şərqdən külək əsəcək.
Paytaxt Tbilisidə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +17, +20 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində havanın temperaturu +17, +20 dərəcəyədək yüksələcək, dekabrın 7-8-də şərqdən güclü külək əsəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +10, +13 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +3, +8 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 0, +5 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.


