05 
Dek
2024
19:50
348

Prokurorluq siyasətçi Aleko Elisaşviliyə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Aleko Elisaşviliyə qarşı siyasi təqiblərə görə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu, prokurorluğun məlumatında qeyd olunub.

"Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, dekabrın 2-də Tbilisi şəhərində, Kostava küçəsi yaxınlığında A.E. Azərbaycanlılar Konqresinin sədrini və “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçilərindən birini siyasi əsaslarla şifahi və fiziki formada təhqir edib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi dekabrın 4-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə ittiham olunub və buna görə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur”, - Prokurorluğun məlumatında deyilir.

Qurumun məlumatına görə, prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Bizimlə əlaqə saxlayın