06 
Dek
2024
15:04
280

Polis əməkdaşlarına hücum edən və başqalarının əmlakına ziyan vuran 4 nəfər saxlanılıb

Gürcüstan Prokurorluğu dörd nəfərə qarşı polislərə hücum etmək və başqalarının əmlakına ziyan vurmaqda ittiham edib.

InterPress.ge xəbər verir ki, bu  barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, dekabrın 1-də Rustaveli prospektində keçirilən mitinq zamanı aksiya iştirakçılarından A.K. və xüsusi təyinatlılar şöbəsinin əməkdaşına Molotov kokteyli” atıb.

İstintaq onu da müəyyən edib ki, dekabrın 4-də axşam saatlarında Azadlıq meydanında təqsirləndirilən S.S. polis əməkdaşına hücum edərək dəyənəklə başından xəsarət yetirib.

Dekabrın 1-də bıçaqla silahlanmış mitinq iştirakçılarından biri S.J. polisə hücum edib və ona fiziki təzyiq göstərib.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla o da müəyyən edilib ki, dekabrın 4-də gecə saatlarında “Mziuri” parkında təqsirləndirilən şəxslər Tbilisi meriyasının Şəhər Mühafizə Xidmətinə məxsus 3 ədəd videokameraya qəsdən ziyan vurub, nəticədə agentliyə xeyli maddi ziyan dəyib.

Təqsirləndirilən A.K və S.J-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi (polis əməkdaşına xidməti fəaliyyətlə əlaqədar hücum) ilə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. S. S isə 7 ildən 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 353-cü Prima (polisin sağlamlığını pozma, xidməti fəaliyyətlə əlaqədar) maddəsinin ikinci hissəsi ilə ittiham olunub. Özgənin əmlakına ziyan vurduğuna görə həbs edilən L.C.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakına ziyan vurma) ilə 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Prokurorluq təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.
"Cinayət işlərinin istintaqı davam etdirilir", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın