20 
Fev
2020
15:48
960

"Gürcüstan artıq sonu gəlməyən iqtidar çevrilişlərinin deyil, imkanlar ölkəsidir"

“Müəyyən şəxslər iqtidar çevrilişinə dəfələrlə cəhd etdilər, ancaq istədiklərinə nail ola bilmədilər, bundan sonra da nail ola bilməyəcəklər”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Bu bəyanatla Giorgi Qaxaria yeni həbsdən çıxan sabiq Daxili İşlər Naziri Vano Merabişvilinin bəyanatı il bağlı verdi.

Qaxarianın dediyinə görə, iqtidarın məqsədi sabahkı günü, güclü Gürcüstanı düşünmək və onu yeni imkanlar ölkəsi etməkdir.

“Bu mövzu ilə bağlı bu gün heç danışmaq istəmirdim, ancaq yenə bir daha təsdiqləndi ki, “Milli hərəkat” artıq dünənki gündür, biz sabahki gün haqqında düşünməliyik, çünki Gürcüstan sonu gəlməyən iqtidar çevrilişləri deyil, yeni imkanlar ölkəsi olmalıdır. Adam həbsdən çıxıb, deyir ki, mən iqtidarı “yıxacam”. Dəyişəcəm və yaxud seçkilərdə qalib gələcəm demir ki, “yıxacam” deyir. Belə bir cəhdləri dəfələrlə oldu, ancaq bacara bilmədilər və bundan sonra da bacara bilməyəcəklər” – dedi Giorgi Qaxaria.

Xatırladaq ki, Gürcüstanın sabiq baş-naziri Vano Merabişvili bu gün səhər həbsxanadan çıxdı.

“Matrosov” həbsxanasından çıxan sabiq baş nazir bəyan etdi ki, bundan sonra, həbsxana qapıları bütün siyasi məhkumlar üçün açılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər