07 
Dek
2024
13:45
480

"QANUN" Hüquqi Yardım Mərkəzində vətəndaşlara təmənnasız hüquqi yardımların göstərilməsi davam edir

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış Memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair Noyabr ayının 23-ü və 27-də "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərin  hüquqi problemləri olan sakinlərinin qəbulu keçirilib.

InterPress.ge xəbər verir ki, yeddinci qəbul günündə 12 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib.

"Vətəndaşların problemlərinin ( məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət, özələşdirmə məsələləri, ailə zorakılığı,və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. 

Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər. 

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +995 599 10 96 90

Bizimlə əlaqə saxlayın