Məktəblər bir oktyabrdan sonra açılacaqmı? - Nazir müavinindən açıqlama
"Batumiyə gediş-gəliş tarixçəsi olan müəllimlər bu gün fəal şəkildə sınaqdan keçirilir, çünki onlar risk qrupudur".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Tamar Qabuniya açıqlama verib.
Bundan əlavə Qabunianın sözlərinə görə, məktəbdə infeksiyanın yayılması ciddi zərərverici nəticələrə səbəb olacaq.
"Ümumiyyətlə məktəblərin açılması yalnız bizim üçün deyil, bir çox ölkələr üçün problemdir. Bu epidemiya üzərində aparılan analizə əsasən növbəti iki həftənin kritik olduğu düşünülür və bu təxirə salınma 1 oktyabr tarixinə qədərdir. Bu gün Batumiyə gedən müəllimləri fəal şəkildə sınaqdan keçiririk. Bu vəziyyətdə məktəbdə infeksiyanın yayılması ciddi zərərverici nəticələrə səbəb ola bilər.
Epidemiya dinamik prosesdir. 15 sentyabrda siniflərdə təhsil başlayacaq. Bir sıra bölgələrdə siniflərdə oxumağa başlayacağıq, ancaq Gürcüstanın bəzi bölgələrində gözləməli olacağıq çünki müşahidə aparacağıq. Gözləmək məcburiyyətindəyik, çünki indi infeksiyaya nəzarət mərhələsindəyik. Gözləyək və bir həftə içində 1 oktyabrda baş verəcəklərə dair cavabımız daha dəqiq ola bilər ", - dedi Tamar Qabunia.


