08 
Dek
2024
14:09
731

InterPress, 24News, Aktual media nümayəndələrinə qarşı olan hücumu pisləyir - BƏYANAT

"Biz, Kvemo Kartli bölgəsinin aparıcı media qurumları InterPress.ge, Aktual.ge və 24News.ge “TV Pirveli”nin jurnalisti və operatoruna, həmçinin Formula Tv və digər media nümayəndələrinə qarşı edilən hücumu kəskin şəkildə pisləyirik."

InterPress.ge media qurumlarının birgə bəyanatını təqdim edir:

"Medianın nümayəndələrinə qarşı zorakılıq və onların peşə fəaliyyətinə müdaxilə həm söz, həm də mətbuat azadlığına ciddi təhdid təşkil edir. Bu, bizim üçün tamamilə qəbuledilməzdir. Belə hallar cəmiyyətin informasiyaya çıxış hüququnu məhdudlaşdırmaqla yanaşı, demokratik dəyərləri də təhlükə altına alır.

Biz aidiyyəti qurumları bu cinayət hadisəsini dərhal, hərtərəfli və obyektiv şəkildə araşdırmağa və günahkarları qanun çərçivəsində məsuliyyətə cəlb etməyə çağırırıq.

Unutmamalıyıq ki, jurnalistlər cəmiyyətin aynasıdır. Onlar ölkədə baş verən prosesləri işıqlandıraraq vətəndaşlara obyektiv məlumat çatdırırlar. Buna görə də jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və onların sərbəst şəkildə peşəkar fəaliyyət göstərə bilməsi üçün bütün zəruri şərait yaradılmalıdır.

Yaşasın Avropalı Gürcüstan!"- bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın