Nazir müavini: "İki həftə kritik vaxtımız var"
"Vəziyyətin lokallaşdırılması lazımdır və bunun üçün daha iki həftə kritik vaxtımız var".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin birinci müavini Tamar Qabuniyanın açıqlama verib.
Onun sözlərinə görə, artım iki həftədən sonra yenidən baş verərsə, virusu lokallaşdıra bilməyəcəyik. O, vaxta qədər isə Səhiyyə naziri müavininin sözlərinə görə ,Acarıstandakı vəziyyət lokallaşdırıla bilər.
“Acarıstandakı vəziyyəti lokallaşdırmaq mümkündür. Beləliklə vəziyyətin lokallaşdırılması üçün bir iki həftə vacibdir. Əgər daha da bir gərginlik olarsa lokallaşdıra bilməyəcəyik. Yaxın iki həftə Acarıstandakı vəziyyəti dayandırmaq və lokallaşdırmaq üçün yaxşı fürsətimiz var" - dedi Tamar Qabuniya.
Onun fikrincə, maskasız gəzmək sosial cəhətdən qəbuledilməz bir davranışdır.
“Bu vəziyyətdə fərdi məsuliyyət gücləndirilməlidir. Heç bir hökumət, heç bir ölkə, belə bir vəziyyətdə arzuolunan nəticəni əldə etmək üçün hər vəziyyətdə hamının cərimələnməsini razı olmaz . Beləliklə, bu tip idarəetmə mexanizmi istədiyimiz nəticəyə gətirib çıxarmayacaq. Əhalini maarifləndirmək lazımdır. Maskadan istifadə etməliyik və maskasız gəzmək bir qədər sosial cəhətdən qəbuledilməz bir davranışa çevrilməlidir və bu səbəbdən bir-birimizə bir şəkildə dəstək olmağımız vacibdir", - dedi T.Qabunia.


