Bu deputatların mandatına xitam verildi
“Gürcü arzusu”nun deputatları: İrakli Kobaxidze, Maka Boçorişvili, Anri Oxanaşvili, Davit Sonqulaşvili və Mariam Kvrivişvilinin də Gürcüstan parlamentinin deputatı kimi səlahiyyətləri təyin olunan müddətdən əvvəl başa çatacaq.
InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun deputatları parlamentin Prosedur və Reqlament komitəsinin iclasında müvafiq qərar qəbul ediblər.
Deputatlar məsələni növbəti plenar iclasda müzakirə edəcəklər.
Komitənin sədri Davit Matikaşvilinin məsələni təqdim edərkən qeyd etdiyi kimi, seçilmiş parlament üzvləri deputatlığa uyğun gəlməyən vəzifəyə təyin ediliblər və müvafiq olaraq onların səlahiyyətlərinə xitam veriləcək.
Məlumat üçün bildirək ki, Baş nazir vəzifəsinə İrakli Kobaxidze, xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri David Sonqulaşvili, Mariam Kvrivişvili isə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini təyin edilib.


