XI çağırış parlament dekabrın 13-də payız sessiyasını bağlayacaq.
InterPress.ge xəbər verir ki, Parlamentin sədri Şalva Papuaşvilinin bu gün keçirilən brifinqdə dediyi kimi, payız sessiyası bu həftənin sonunda bağlanacaq, şənbə günü - dekabrın 14-də isə parlamentdəki seçki kollegiyası prezidenti seçəcək.
Məlumat üçün bildirək ki, parlamentin nizamnaməsinə əsasən, payız sessiyası dekabrın üçüncü cümə günü bağlanır.
