Gürcüstanda terror və əsassız həbslər davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
"Gürcüstanda terror - “Azadlıq uğrunda tələbələr” tələbə hərəkatının liderlərindən biri Niko Manaqadze də daxil olmaqla, yenidən özbaşına həbslər”, – prezident X sosial platformasında yazıb.
Xatırladaq ki, vətəndaş fəalı Niko Manaqadze ötən gecə inzibati qaydada həbs edilib. Vəkilin sözlərinə görə, həbs zamanı onun yanında bir nəfər olub, o da həbs edilib. Onların hər ikisi Diqomidəki üçüncü təcridxanaya köçürülüb.
