20 
Fev
2020
20:39
1672

Sərsəm bəyanatlar verən Natelaşvili Azərbaycanı tənqid etdi

"David Qareci monastr kompleksində Azərbaycan tərəfindən təmizləmə işləri aparılır, bu isə ərazilərin aneksiyasına istiqamətləndirilmiş addımdır".

InterPress.ge xəbər verir ki, bu barədə “Leyboristlər Partiyasının” lideri, Şalva Natelaşvili deyib.

O qeyd edib ki, hakimiyyət dəyişəndən sonra bu məsələdə Azərbaycanla Gürcüstan arasında olan bütün razılaşma ləğv olunacaq:

“Ölkəmiz ən çətin dövlət böhranına batdığı bir zaman, oliqarx, Əliyev rejiminə milyardlıq sövdələşmə və Kvemo Kartli seçkiləri müqabilində yekun olaraq ən böyük gürcü-xristian müqəddəsliyini David Qrecini təhvil verdi. Bu gün orada tamamilə aneksiya başa çatır, təmizlik işlər aparılır, xəttlər bölünüb. Sözzüs ki, bu, iki qardaş xalqın əlaqələrinə çart yaratmayacaq, lakin irəlcədən hər iki rejimə bəyan etmək istəyirəm, bir neçə aydan sonra baş verən hakimiyyətin dəyişməsindən sonra, bu məsələ üzrə bütün nail oluna bilinəcək razılaşma, ləğv olunacaq”, – Şalva Natelaşvili bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan və Azərbaycan arasında bənzərlik var.

“Qonşu rejim bu cür hərəkət etdiyi təəssüfləndiricir. Və ümumiyyətlə, Qafqazda iki utandırıcı rejim var. Gürcü və azərbaycanlı xalqının inkişafın ümumi yolu var idi, eyni gələcəyimiz var, lakin bizdə oliqarx diktatura, Azərbaycanda – ailə sülaləsi, nə azrəbaycanlı və nə gürcü xalqından bir şey soruşmayan rejim mövcuddur. Əksinə onların varlıqlarını mənimsəyirlər, seçkiləri saxtalaşdırırlar, hakimiyyətin uzurpasiyasını həyata keçirirlər və bir-birlərinə təsdiq edirlər ki, demokratik seçkilər keçirdilər. İndi nə oldu, bütün dünya Əliyevin seçkilərini pislədi. Yeganə deyənlər ki, seçkilər demokratik və uğurlu idi, təəssüflər olsun oraya müşahidəçi kimi təşrif buyuran Gürcüstan hakimiyyəti nümayəndələri idilər”, – Şalva Natelaşvili qeyd etdi.

Bizimlə əlaqə saxlayın