“Gürcüstan "Yaşıl ölkə" statusundan səmərəli istifadə edib”.
İnterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat və Davamlı inkişaf naziri Natia Turnavanın açıqlama verib.
Nazirin sözlərinə görə, Gürcüstanın BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraçı Şurasının 112-ci iclasına ev sahibliyi etməsi, Gürcüstanda beynəlxalq turizmin tədricən bərpa olunmasının ilk əlamətidir.
“Bu statusdan mümkün qədər effektiv və əhalimiz üçün heç bir təhlükə yaratmayacaq şəkildə istifadə etdik. "Yaşıl ölkə"- nin statusu məsələsində çox ehtiyatla davranırıq. Getdikcə səfərbərliyimizi artırsaq da, yay da daxil olmaqla turizm mövsümündə kifayət qədər aktiv olduq: müəssisələr açdıq, yaşıl zona statusu ilə ölkəmizi və xarici qonaqları təhlükəsiz dəhlizlərdə qəbul etməyi bacardıq. Bununla yanaşı, bugünkü tədbir , Gürcüstanın dünyada təhlükəsizlik və epidemioloji idarəetmə sahəsində hökumətimizin səylərinin yüksək qiymətləndirildiyini sübut etdi.” dedi Natia Turnava
