InterPress.ge-nin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi Nika Kvaramiyanı yolu qanunsuz bağladığı üçün 5000 lari məbləğində cərimələyib.
Kvaramiya bu barədə sosial şəbəkədə yazıb: "Tbilisi Şəhər Məhkəməsi yolu qanunsuz bağladığım üçün məni 5000 lari cərimələdi", – o, bildirib.
Məlumat üçün qeyd edək ki, Nika Kvaramiya Çavçavadze prospektində yol kəsilməsini təşkil etməkdə təqsirləndirilir. Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında “Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Nika Kvaramiya prosesdə iştirak etməyib.
