25 
Dek
2024
20:36
192

Parlament sədri Azərbaycan xalqına başsağlığı verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı kədərini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Papuaşvili sosial şəbəkədə yazıb.

“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına böyük hüznlə başsağlığı verirəm. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı bildirirəm. Kədərinizə şərikik və bütün xəsarət alanlara tezliklə şəfa diləyirik”, - Şalva Papuaşvili yazıb.

Qazaxıstanın Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumatlara görə, 67 sərnişindən 32-si təyyarə qəzasında sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Onlar reanimasiya şöbəsindədirlər.

Bizimlə əlaqə saxlayın