.jpeg)
Bugünə olan hava proqnozu açıqlandı
Bu gün, dekabrın 26-da Gürcüstanda buludluluğun artacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Mill Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Tbilisidə buludluluq artacaq. Havanın temperaturu +9° olacaq.
Qərbi Gürcüstanda zaman keçdikcə buludluluq artacaq, əsasən hava yağıntısız keçəcək. Şərq küləyi 10-15 m/s, bəzi yerlərdə arabir 17-22 m/s olacaq. Havanın temperaturu: düzənlikdə gündüz +13, +18°; dağlarda gündüz +5, +10°; Yüksək dağlıq ərazilərdə gündüz +2, +7° təşkil edəcək.
Gürcüstanın şərqində artan buludluluq və əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi 8-13 m/s. Havanın temperaturu: düzənlikdə gündüz +6, +11°; dağlarda gündüz +3, +8°; Yüksək dağlıq ərazilərdə gündüz +2, +7° təşkil edəcək.